İraq Parlamentində təsdiqlənən yeni seçki qanun layihəsi

Mübahisələrə səbəb olan yeni seçki qanun layihəsi İraq Parlamentində təsdiqlənərək qüvvəyə minib.

1965289
İraq Parlamentində təsdiqlənən yeni seçki qanun layihəsi

Mübahisələrə səbəb olan yeni seçki qanun layihəsi İraq Parlamentində təsdiqlənərək qüvvəyə minib.

İraq Parlamentinin yaydığı yazılı bəyanatda keçirilən iclasda yeni seçki qanununun qəbul edildiyi bildirilib.

İraqda hökumət ortağı şiə, sünni və kürd partiyalarının hazırladığı yeni seçki qanunu ilə “çoxlu seçki dairəsi” sistemindən “qapalı siyahı və tək seçki dairəsi” sisteminə qayıdılacaq.

Bəzi kiçik siyasi partiyalar və müstəqil millət vəkilləri bu tənzimləmənin hakim partiyaların xeyrinə olacağını əsas gətirərək buna etiraz ediblər.

Məlumdur ki, siyasətdən əl çəkən şiə dini və siyasi lider Müqtəda əs-Sədr və şiələrin ən yüksək nüfuzu olan Ayətullah Əli əs-Sistani də seçki qanununda keçmişə qayıtmağa etiraz ediblər.

Xatırladaq ki, İraqda “çox dairəli seçki bölgəsi” sistemi ilk dəfə 2021-ci il oktyabrın 10-da keçirilən seçkilərdə tətbiq edilib.
Bu sistemlə xüsusilə İranın dəstəklədiyi şiə partiyalar səs itirdi.

İraqın paytaxtı və cənub əyalətlərində bu seçki qanununa etiraz aksiyaları keçirilib.



Әlaqәli Xәbәrlәr