İran hipersəs raketi istehsal etdiyini açıqlayıb

İran hərəkətdə olan dəniz nəqliyyat vasitələrini məhv edə bilən və səs sürətindən 8 dəfə sürətlə hərəkət edən “hipersəs ballistik raket” istehsal etdiyini açıqlayıb.

1955863

İranın yarı rəsmi "Fars" xəbər agentliyinin məlumatına görə, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri paytaxt Tehranda keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, ölkəsi hərəkətdə olan dəniz vasitələrini məhv edə bilən ballistik raketlər istehsal edir.

Raketin sınaqlarının uğurla tamamlandığını və kütləvi istehsalına başlanıldığını bildirən Baqiri deyib:

“İran bu cür raketləri istehsal etməklə bu raketlərə sahib olan üç ölkədən biri olub”. 

Sözügedən ballistik raketin sürətinin 8 mach (səs sürətinin 8 qatı) və mənzilinin 1500 kilometr olduğunu bildirən Baqiri belə bir raketin olmasının ətrafdakı dənizlərdə 1000 kilometr radiuslu təhlükəsizlik sahəsi yaradacağını bildirib. 

Baqiri raketin nə vaxt və harada sınaqdan keçirildiyi barədə məlumat paylaşmayıb.

Әlaqәli Xәbәrlәr