İsrail əsgərləri daha bir fələstinlini öldürüb

İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdiyi  əməliyyat  nəticəsində  bir fələstinli həyatını  itirib.

1943024
İsrail əsgərləri daha bir fələstinlini öldürüb

TRT xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən məlumat yayılıb. Bildirilib ki, İsrail qüvvələri bu gün səhər saatlarında İordan çayının qərb sahilinin şimalındakı Nablus şəhərinə basqın edib. Hadisə  zamanı 17 yaşlı fələstinli Həmzə əl-Aşkar İsrail əsgərləri tərəfindən başından vurularaq öldürülüb.

İsrail ordusu isə səhər saatlarında İordan çayının qərb sahilinin müxtəlif nöqtələrinə basqınların təşkil edildiyini, ancaq  bəzi fələstinlilərin İsrail qüvvələrinə daş və molotof kokteyli atdığını, bu səbəblə  4 fələstinlinin nəzarətə alındığını, atəş açan bir gəncin vurulduğunu  bildirib.  

Qeyd edək ki,  2023-cü ilin  ilk  ayından bəri İsrail ordusu və yəhudi köçkünlərin açdığı atəş nəticəsində biri qadın, 9-u uşaq olmaqla 42 fələstinli  həyatını itirib.  



Әlaqәli Xәbәrlәr