İranda şagirdlər arasında kütləvi zəhərlənmə baş verib

İranın Qum şəhərindəki məktəblərdə təxminən 2 ay ərzində beşinci kütləvi zəhərlənmə hadisəsi baş verib.

1940828
İranda şagirdlər arasında kütləvi zəhərlənmə baş verib

TRT xəbər verir ki bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Bildirib ki, Qum şəhərindəki Belkıs Burkay Qız Liseyində hələ naməlum səbəbdən çoxlu şagird zəhərlənib.

Şagirdlərdə ürəkbulanma, baş ağrısı, əzalarda uyuşma kimi əlamətlər müşahidə olunub.

Zəhərlənən 7 şagird və 1 müəllim xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilib.

Qumda kütləvi zəhərlənmə halları daha əvvəl 30 noyabr və 13 dekabrda Nur İncəsənət Məktəbində, 28 və 30 yanvarda isə Fatimiyyə Liseyində qeydə alınıb.

İran Tələbələr Xəbər Agentliyi (İSNA) məsələ ilə bağlı “Prokurorluq və Qum millət vəkillərinin hadisələri araşdırdıqlarını, baxmayaraq səbəbini açıqlamadıqlarını irəli sürüb.



Әlaqәli Xәbәrlәr