Pakistanda məsciddə partlayış nəticəsində ölənlərin sayı artıb

Pakistanın Pişəvər şəhərində məsciddə törədilən partlayış nəticəsində həyatını itirənlərin sayı 72 nəfərə çatıb.

1939935
Pakistanda məsciddə partlayış nəticəsində ölənlərin sayı artıb

TRT-nin yerli mediaya istinad etdiyi xəbərə görə xilasetmə xidmətindən  yayılan açıqlamada: “Çərşənbə axşamı səhər saatlarında dağıntıların altından daha 9 cəsəd çıxarılıb. Beləcə Pişəvərdə məsciddə terrorçu-intiharçı tərəfindən törədilən partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb”.  

Daha əvvəl paylaşılan açıqlamalarda ölü sayının 59, yaralıların isə 157 nəfər olduğu bildirilmişdi.

Qeyd edək ki, ötən gün Pakistanın Pişəvər şəhərində məsciddə partlayış baş verib. Partlayışdan sonra məscidin tavanı və divarları çöküb. Çoxlu insan dağıntılar altında qalıb.

Partlayışa görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” terror təşkilatı öz üzərinə götürüb.

 

 



Әlaqәli Xәbәrlәr