İsrail qüvvələri daha bir fələstinli gənci öldürüb

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində 26 yaşlı Nəsim Nayif Salman Əbu Fevdaya atəş açaraq öldürüb.

1939475
İsrail qüvvələri daha bir fələstinli gənci öldürüb

TRT xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi VAFA məlumat yayıb. Bildirib ki, hadisə İordan çayının qərb sahilindəki Əl-Xəlil şəhərindəki Hərəm-i İbrahim məscidinin cənubunda yerləşən hərbi nəzarət məntəqəsində törədilib. Sözügedən ərazidə maşını güllələnən 26 yaşlı Əbu Fevda başından xəsarət alıb. O aparıldığı xəstəxanada dünyasını dəyişib. Gəncin nə səbəblə öldürüldüyünə dair açıqlama verilməyib.



Әlaqәli Xәbәrlәr