ABŞ Suriyadakı bazalarına əlavə qüvvələr göndərib

ABŞ ordusu Suriyada terror təşkilatı PKK/YPG-nin aşğalı altında olan Haseke vilayətində yerləşən baza və hərbi məntəqələrə son 3 gündə İraq ərazisi üzərindən 100-ə yaxın avtomobildən ibarət hərbi və logistik gücləndirmə karvan

1930081
ABŞ Suriyadakı bazalarına əlavə qüvvələr göndərib

Amerika Birləşmiş Ştatları (ABŞ) ordusu Suriyada terror təşkilatı PKK/YPG-nin aşğalı altında olan Haseke vilayətində yerləşən baza və hərbi məntəqələrə son 3 gündə İraq ərazisi üzərindən 100-ə yaxın avtomobildən ibarət hərbi və logistik gücləndirmə karvanı göndərib. 

Yerli mənbələrdən əldə edilən məlumata görə, ABŞ qüvvələrinə aid əlavə qüvvələr yanvarın 6 və 8-də İraq-Suriya sərhədindəki əl-Valid sərhəd keçid məntəqəsindən keçərək Hasekeyə daxil olub.

ABŞ qüvvələrinin terror təşkilatı PKK/YPG-nin işğal etdiyi Rumeylan, Şeddadi və Tel Beyder yaşayış məntəqələrindəki baza və hərbi məntəqələrinə çatan 100-ə yaxın avtomobil karvanına zirehli hərbi maşınlar, mazut tankerləri və çoxlu sayda sursat daxil edilib.

Qeyd edək ki, ABŞ 2019-cu ilin oktyabrında Türkiye Silahlı Qüvvələrinin “Sülh çeşməsi” əməliyyatına başlaması ilə bölgədəki bazalarını boşaldarkən neft yataqları ətrafında məskunlaşmaya üstünlük verib.

Terror təşkilatı PKK/YPG-yə dəstəyini davam etdirən ABŞ qüvvələri hazırda Suriyanın Haseke, Rakka və Deyr əz-Zor əyalətlərində təşkilatın işğalı altında olan bir çox baza və hərbi məntəqələrdə mövcuddur.

Vaşinqton PKK/YPG terrorçularının işğal etdiyi neft yataqlarında yerləşən hərbi baza və məntəqələrə davamlı olaraq əlavə qüvvələr göndərir.



Әlaqәli Xәbәrlәr