“Zülfikar 1401” başladı

İranın 2Tesnim” xəbər agentliyinin məlumatına görə...

1925947
“Zülfikar 1401” başladı
iran hurmuz bogazi tatbikat1.jpg
iran hurmuz bogazi tatbikat.jpg

 

  İran Hörmüz boğazının şərqi ilə Hind okeanının şimalı arasındakı Cask bölgəsində hərbi təlimlərə başladığını açıqlayıb.

  İranın 2Tesnim” xəbər agentliyinin məlumatına görə, İran Ordusunun koordinator müavini kontr-admiral Həbibullah Səyyari bildirib: “Zülfikar 1401” adlanan hərbi təlim 29 dekabr axşamı ordunun müxtəlif bölmələrinin iştirakı ilə başlayıb.

  Cask bölgəsində keçirilən təlim ordunun döyüş qabiliyyətinin inkişafı üçün illik təqvimdə yer alan praktiki təlimin bir hissəsidir. Manevr Hərbi Hava Qüvvələrinin strateji bombardmançı və döyüş təyyarələri tərəfindən də dəstəklənəcək.

  İran hava, quru və dəniz qüvvələrinin iştirakı ilə keçirilən təlimin məqsədləri arasında xüsusi vəziyyətlərdə, o cümlədən elektron müharibə, əlverişsiz hava şəraiti, kimyəvi çirklənmiş mühitlərdə əməliyyatların aparılması imkanlarının təkmilləşdirilməsidir.



Әlaqәli Xәbәrlәr