Putin: “Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü keçirildi”

Putin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə üçtərəfli görüş keçirdiklərini bildirib.

1924348
Putin: “Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü keçirildi”

Rusiya Prezidenti Vladimir Putin dekabrın 26-da MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə üçtərəfli görüş keçirdiklərini bildirib. 

V.Putin Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Cariilin 10 ayında Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsində 73 faiz artım olduğunu deyən Putin iki ölkə arasında iqtisadi əlaqələrin çox müsbət inkişaf etdiyini bildirib.

Qarabağ məsələsi ilə bağlı Azərbaycan prezidenti Əliyev və Ermənistanın baş naziri Paşinyanla üçtərəfli görüş keçirdiklərini qeyd edən Putin deyib:

“Biz dünən sizinlə başladıq və üçtərəfli görüş keçirməyə nail olduq. Təbii ki, əsas məsələ bütövlükdə Cənubi Qafqazdakı vəziyyətin, Azərbaycan-Ermənistan münasibətlərinin, Qarabağla bağlı hər şeyin həllidir. Razılaşdığımız kimi bütün bu məsələləri ətraflı müzakirə edəcəyik”. 

Paşinyan isə Laçın dəhlizindəki vəziyyətə də toxunub və bildirib ki, dəhliz hazırda Rusiya sülhməramlılarının nəzarətində deyil. Paşinyan bu vəziyyəti və hansı variantların olduğunu Putinlə müzakirə etmək istədiyini bildirib.



Әlaqәli Xәbәrlәr