Almaniya kəşfiyyatının əməkdaşı Rusiyaya casusluq etdiyi üçün həbs edilib

Almaniyada Xarici Kəşfiyyat İdarəsində (BND) işləyən Almaniya vətəndaşı Karsten L Rusiyaya casusluq ittihamı ilə həbs edilib.

1922820
Almaniya kəşfiyyatının əməkdaşı Rusiyaya casusluq etdiyi üçün həbs edilib

TRT xəbər verir ki, Xarici Kəşfiyyat İdarəsində çalışan Carsten L-nin 2022-ci ildə peşəkar fəaliyyəti çərçivəsində əldə etdiyi məlumatları Rusiya kəşfiyyatına çatdırdığı açıqlanıb.

Bildirilib ki, ötürülən məlumatlar dövlət sirridir.

Federal Baş Prokurorluqdan verilən yazılı açıqlamada, dünən saxlanılan Carsten L-nin vətənə xəyanətdə günahlandırıldığı bildirilib. Hakim qarşısına çıxarılan Karsten L həbs edilib.

 



Әlaqәli Xәbәrlәr