İrəvan iştirakdan imtina etdi

Rəsmi İrəvan Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin dekabrın 23-də Moskvada keçirilməsi nəzərdə tutulan görüşündən imtina edib.

1922535
İrəvan iştirakdan imtina etdi

Rəsmi İrəvan Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin dekabrın 23-də Moskvada keçirilməsi nəzərdə tutulan görüşündən imtina edib.

Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Rusiya xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Görüş zamanı Laçın dəhlizinin bağlanması və tərəflər arasında bölgədəki faydalı qazıntı yataqları ilə bağlı fəaliyyətlər mövzusunda fikir ayrılıqları səbəbindən gərginləşən Rusiya sülhməramlı kontigentinin məsuliyyətində olan bölgədəki vəziyyət müzakirə olunub.

Rusiyanın xarici işlər naziri Lavrov vurğulayıb ki, “Dağlıq Qarabağ və Ermənistan arasında Laçın dəhlizində maneəsiz əlaqənin təmin edilməsinə dair üçtərəfli sazişlərə ciddi əməl edilməlidir”.

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020, 2021 və 2022-ci illərdə qəbul etdikləri bəyannamələrin həyata keçirilməsinin vacibliyinin vurğulandığı telefon danışığında "sülh razılaşması üçün sabah Moskvada keçirilməsi planlaydırılan Azərbaycan ve Ermənistan Xarici İşlər Nazirləri toplantısına rəsmi İrəvanın iştirak etməyi qəbul etməməsinin üzücü olduğu" qeyd edilib.



Әlaqәli Xәbәrlәr