"Rusiya ordusu gün ərzində Ukraynanın Xerson şəhərini 16 dəfədən çox hədəfə alıb", V.Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya ordusu dekabrın 15-də Ukraynanın Xerson şəhərini 16 dəfədən çox hədəfə alıb.

1919654

Zelenski "Telegram" hesabında gündəlik video paylaşımında Qırmızı Xaç yardım məntəqəsində könüllü olaraq xidmət göstərən bir qadının Rusiya ordusunun Xerson şəhərinə hücumu nəticəsində həyatını itirdiyini bildirib.

V.Zelenski "Rusiya gün ərzində Xersonu 16 dəfədən çox bombaladı. Bu bir gündə olub və bu hücumlar hər gün edilir" deyib.

Donbas bölgəsində şiddətli toqquşmaların davam etdiyini və buradakı yaşayış məntəqələrinə edilən hücumlarda mülki infrastrukturun hədəf alındığını qeyd edən Zelenski Rusiya qüvvələrinin Ukrayna ordusuna qarşı uğursuzluğa düçar olduğunu bildirib.

Rusiyanın yaratdığı dağıntıların dayandırılmasının vacibliyini dilə gətirən Zelenski hücumları dayandırmağın yeganə yolunun Rusiya ordusunun Ukrayna ərazisindən çıxarmaq olduğunu vurğulayıb.

Ukrayna lideri dekabrın 15-də Avropa İttifaqı (Aİ) ölkələrini fevralın 24-dən bəridir davam edən Rusiyanın hücumları nəticəsində enerji infrastrukturuna ciddi ziyan vuran Ukraynaya təbii qaz və elektrik enerjisinin alınmasında dəstəkləməyə dəvət edib.

Әlaqәli Xәbәrlәr