Rusiyadan Ukrayna prezidenti Volodimir Zelenskinin çağırışına cavab

Rusiya Prezident Sarayının (Kremlin) mətbuat katibi Dmitriy Peskov jurnalistlərə açıqlamasında Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyanın yeni ilə qədər qoşunlarını Ukrayna ərazisindən çıxarması çağırışını dəyərləndirib.

1918428
Rusiyadan Ukrayna prezidenti Volodimir Zelenskinin çağırışına cavab

Dmitriy Peskov bildirib ki, rus qoşunlarının ilin sonuna qədər Ukraynanı tərk etmə ehtimalı söz mövzusu deyil.

Dmitriy Peskov qeyd edib ki, Rusiyanın Ukraynadan Yeni ilə qədər geri çəkilməsi mümkün deyil. Sülh danışıqları üçün Ukrayna “faktları” qəbul etməlidir. Söz mövzusu faktlar yeni regionların Rusiyaya qoşulduğunu göstərir. Bunu nəzərə almadan həll prosesində irəliləyiş əldə etmək mümkün deyil”.

 



Әlaqәli Xәbәrlәr