Səudiyyə Ərəbistanının XİN rəhbəri İran nüvə silahından danışıb

Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan Əl-Səud İranın nüvə proqramına münasibət bildirib.

1917657
Səudiyyə Ərəbistanının XİN rəhbəri İran nüvə silahından danışıb

Nazir Əbu-Dabi şəhərində keçirilən növbəti Dünya Siyasəti Konfransında etdiyi çıxışında: “İranlılardan eşidirik ki, onların nüvə silahı proqramında heç bir marağı yoxdur. Buna inanmaq çox təsəlliverici olardı. Lakin Bu barədə bizə daha çox təminat lazımdır. İranın nüvə silahı işlək vəziyyətdə olarsa, hər şey bitər. Biz çox təhlükəli ərazidəyik. Region dövlətləri öz təhlükəsizliklərini necə təmin edə biləcəklərini mütləq şəkildə araşdırmalıdılar”.



Әlaqәli Xәbәrlәr