Donetsk şəhərinə edilən hücumda 3 nəfər ölüb

Rusiyanın ilhaq etdiyi Donetsk şəhərinə edilən hücumda 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

1915596
Donetsk şəhərinə edilən hücumda 3 nəfər ölüb

Rusiyanın ilhaq etdiyi Donetsk şəhərinə edilən hücumda 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

Donetskdəki qondarma regional müdafiə qərargahından verilən açıqlamada Ukrayna qüvvələrinin Donetskin Voroşilovski rayonuna hücum təşkil etdiyi bildirilib.

Açıqlamada hücum nəticəsində 3 nəfərin həyatını itirdiyi, 14 nəfərin yaralandığı, bölgədəki şəhərlərdə suyun verilmədiyi bildirilib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin sentyabrın 30-da imzaladığı sənədlərlə Donetsk, Ukraynanın Luqansk, Zaporojya və Xerson vilayətləri qanunsuz olaraq ilhaq edilib.



Әlaqәli Xәbәrlәr