Volodimir Zelenski: "Rusiya ordusunun atdığı raketlərin əksəriyyəti məhv edilib"

Volodimir Zelenski Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə atdığı 70 raketin əksəriyyətinin Ukrayna qüvvələri tərəfindən məhv edildiyini açıqlayıb.

1915019
Volodimir Zelenski: "Rusiya ordusunun atdığı raketlərin əksəriyyəti məhv edilib"

Ukrayna prezidenti Volodimir Zelenski dekabrın 5-də Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə atdığı 70 raketin əksəriyyətinin Ukrayna qüvvələri tərəfindən məhv edildiyini açıqlayıb.

Dekabrın 5-də gecə saatlarında "Telegram" hesabından etdiyi video paylaşımında xalqa müraciət edən Zelenski Rusiya qüvvələrinin yenidən ölkəsinə qarşı raket hücumları həyata keçirdiyini bildirib.

Zelenski qeyd edib ki, Ukrayna tərəfində tərəfdaş ölkələrin təqdim etdiyi hava hücumundan müdafiə sistemləri effektiv işləyir, lakin bu kifayət deyil, daha çox oxşar sistemlərə ehtiyac var. Bu gün (dekabrın 5-i) Rusiyanın hücumlarında 4 nəfər həyatını itirib.

Rusiyanın hücumlarına görə ölkəsində elektrik enerjisinin kəsilməsinin davam etdiyini deyən Zelenski Kiyev də daxil olmaqla bir çox bölgədə ciddi səviyyvdə elektrik enerjisi kəsilməsinin olduğunu dilə gətirib.



Әlaqәli Xәbәrlәr