Rusiya Ukraynaya zərbə endirdi

Rusiya ordusu Ukraynanın əksər iri şəhərlərini növbəti dəfə raket atəşinə tutub.

1907541
Rusiya Ukraynaya zərbə endirdi

Hücumlardan sonra  Ukraynanın bütün  ərazisində həyəcan siqnalı verilib.

Məlumata görə, Kiyev, Odessa, Dnepropetrovsk, Poltava, Çerkassk, Xarkov və digər vilayətlərdə hava hücumundan müdafiə sistemləri işləyir.

Dnepr şəhərində 4 partlayış olub. Şəhərdə elektrik enerjisinin verilməsi dayandırılıb.

Kiyev və Odessa şəhərlərinə də raket zərbələri endirilib.

Hazırda xilasedicilər insanların dağıntılar altından çıxarılması üçün axtarış-xilasetmə işləri aparırlar.

Məlumata görə, Ukraynanın bir sıra vilayətlərində elektrik enerjisinin verilişi dayandırılıb. Dneprdə isə raket hücumları nəticəsində 5 nəfər yaralanıb. Vurğulanıb ki, hava hücumu nəticəsində sənaye müəssisəsi və yaxınlıqdakı yaşayış binaları zədələnib. Bütün zərərçəkənlərin vəziyyəti orta ağırdır.

Eyni zamanda Odessada da 3 nəfərin hava hücumu zamanı xəsarət aldığı qeyd olunub.

Ukraynanın Baş naziri Denis Şmıqal Rusiyanın budəfəki zərbələrinin hədəfinin ölkənin qaz hasilatı müəssisələri, xüsusilə Dneprdəki "Yujmaş" zavodu olduğunu açıqlayıb.



Әlaqәli Xәbәrlәr