Sergey Şoyqu Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, son 2 həftə ərzində Ukraynada 190-dan çox xarici muzdlu döyüşçü zərərsizləşdirilib, 74 tank və 235 zirehli texnika məhv edilib.

1900663

Şoyqu paytaxt Moskvada hərbi rəsmilərlə görüşdə fevralın 24-dən bəri davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.

“Qismən səfərbərlik çərçivəsində orduya çağırılan 300 min nəfərdən 87 mini Ukraynaya döyüş bölgələrinə göndərilib”, deyə o qeyd edib.

Onun sözlərinə görə, həqiqi hərbi xidmətini başa vuranlar xüsusi hərbi zonaya göndərilməyəcək və onlar tərxisdən sonra evə qayıdacaqlar.

Nazir Şoyqu Rusiya Ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı məlumat verərək deyib ki, son 2 həftədə 190-dan çox xarici muzdlu döyüşçü, 74 tank, 235 zirehli maşın, 2 HIMARS reaktiv yaylım atəşi sistemi və 268 ağır pulemyot vasitəsi məhv edilib.

Ukraynanın hərbi infrastruktur elementlərinə yüksək dəqiqlikli silahlarla hücumları davam etdirdiklərini bildirən Şoyqu bu hücumların Ukraynanın hərbi potensialını azaldığını bildirib.

Әlaqәli Xәbәrlәr