“Paşinyanın İrana səfəri dönüş nöqtəsi olacaq”, İ.Rəisi

İranın rəsmi xəbər agentliyi İRNA-nın yazdığına görə...

1900625
“Paşinyanın İrana səfəri dönüş nöqtəsi olacaq”, İ.Rəisi

 

  İran prezidenti İbrahim Rəisi bildirib ki, Qafqaz regionunda sülh və əmin-amanlıq İran üçün çox vacibdir.

  İranın rəsmi xəbər agentliyi İRNA-nın yazdığına görə, İ.Rəisi paytaxt Tehrandakı Sadabad sarayında Ermənistanın baş naziri Nikol Paşinyanla bir araya gəlib.

  İkitərəfli görüşdən sonra təşkil edilən mətbuat konfransında İran prezidenti deyib: “Paşinyanın İrana səfəri iki ölkənin inkişafında dönüş nöqtəsi olacaq. Hökumətimizin diqqət mərkəzində saxladığı mühüm məsələlərdən biri qonşuluq siyasətidir.

  Qafqaz regionunda sülh və təhlükəsizlik İran üçün çox vacibdir və buna görə bölgədəki hadisələrə həssas yanaşır.

  Cənab Paşinyanla söhbətimizdə razılaşdıq ki, regional problemlərin həlli bölgənin maraqları əsasında olmalıdır”.

  Nikol Paşinyan da öz növbəsində çıxış edərək oktyabrın 31-də Rusiyanın Soçi şəhərində keçirilən Rusiya-Ermənistan-Azərbaycan Üçtərəfli Zirvə Toplantısı barədə İranın dövlət başçısına məlumat verib.



Әlaqәli Xәbәrlәr