Pakistanda “Kəşmirin Qara Günü” yad edilir

Pakistan prezidenti Arif Alvi beynəlxalq ictimaiyyətdən tələb edib ki, Hindistanı Cammu və Kəşmirdə insan hüquqlarının pozulmasına görə məsuliyyətə cəlb etmək üçün addımlar atsın.

1898397
Pakistanda “Kəşmirin Qara Günü” yad edilir

Prezident Alvi ölkə daxilində yad edilən “27 Oktyabr Kəşmirin Qara Günü” münasibəti ilə mesaj yayıb.

Alvi mesajında ​​beynəlxalq ictimaiyyəti Hindistanı Cammu və Kəşmirdə insan hüquqlarının pozulmasına görə məsuliyyətə cəlb etmək üçün lazımlı tədbirləi görməyə çağırıb.

Dünyanı Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində və Kəşmir xalqının istəkləri nəzərə alınaraq Cammu və Kəşmir probleminin ədalətli və sülh yolu ilə həlli üçün lazımlı addımları atmağa dəvət edən Alvi, Hindistandan da 5 avqust 2019-cu ildə qəbul etdiyi qərarların ləğvini istəyib.

Baş nazir Şahbaz Şərif də Pakistanın hər zaman Kəşmir xalqının yanında olacağını, Kəşmir xalqı öz müqəddəratını təyin edəcək hüquqa çatana dək fəaliyyətlərinin davam edəcəyini vurğulayıb.

27 oktyabr 1947-ci ildə Kəşmirin bir hissəsinin Hindistanın nəzarətinə keçdiyi gün Pakistanda “Qara Gün” kimi qeyd olunur. Hindistan bu günü “İştirak Günü” kimi qeyd edir.

Digər tərəfdən Pakistanın paytaxtı İslamabadda "Kəşmir Qara Günü" münasibətilə yürüş keçirilib.

 


Etiketlәr: #Pakistan

Әlaqәli Xәbәrlәr