İsrail aviasiyası Dəməşqə raket zərbəsi endirib

İsrailin Suriyanın paytaxtı Dəməşqdə Bəşər Əsəd rejimi qüvvələrinə məxsus bəzi hədəflərə hava hücumu təşkil etdiyi irəli sürülüb.

1898366
İsrail aviasiyası Dəməşqə raket zərbəsi endirib

TRT xəbər verir ki, Suriyanın rəsmi agentliyi SANA hərbi mənbəyə istinadən bu barədə məlumat yayıb. Bildirib ki, İsrail yerli vaxtla saat 00:30 radələrində Dəməşq ətrafında rejim qüvvələrinə məxsus bəzi hərbi nöqtələrə hava hücumları təşkil edib. Lakin Hava Hücumundan Müdafiə sistemlərimiz düşmən raketlərini qarşılayıb və onların bir qismini məhv edib. Hücum yalnız maddi ziyana səbəb olub.

Qeyd edək ki, Paytaxt Dəməşq və ətrafında başda rejim qüvvələri olmaqla İran İnqilabı Keşikçiləri Korpusu ordusunun əmrindəki terrorçu qruplar və eləcə də Livan Hizbullahına mənsub ünsürlər fəaliyyət aparır.

Əsəd rejimi İsrail qüvvələrinin 22 oktyabr və 24 oktyabrda Dəməşqə hücumlar təşkil etdiyini iddia edib.



Әlaqәli Xәbәrlәr