Bəşər Əsəd rejimi İsrailin Dəməşqə zərbələr etdiyini iddia edib

Bəşər Əsəd rejimi İsrailin Suriyanın paytaxtı Dəməşqə raket zərbələri endirdiyini iddia edib.

1896237
Bəşər Əsəd rejimi İsrailin Dəməşqə zərbələr etdiyini iddia edib

Bəşər Əsəd rejimi İsrailin Suriyanın paytaxtı Dəməşqə raket zərbələri endirdiyini iddia edib.
Əsəd rejiminə tabe olan SANA  xəbər agentliyinin yaydığı məlumata deyilir: "Partlayış səsləri eşidildi. Hava hücumundan müdafiə sistemlərimiz cavab verdi". 
Xəbərlərdə hücum zamanı ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.
Paytaxt Dəməşq və ətrafında rejim qüvvələri ilə yanaşı, İran İnqilab Keşikçiləri Korpusunun komandanlığı altında olan terror qruplaşmaları və Livan Hizbullahı ünsürlərinin olduğu bildirilir.
Əsəd rejimi sentyabrın 17-də paytaxtın Dəməşq hava limanının, 6 sentyabr və 31 avqustda isə ölkənin şimalında yerləşən Hələb hava limanının İsrail qüvvələrinin hədəfində olduğunu və həmin hava limanlarının müvəqqəti olaraq fəaliyyət göstərmədiyini açıqlayıb.
İsrail rəsmiləri Suriya ərazisinə edilən hücumlarla bağlı açıqlamalar vermir.
İsrail Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bəri İran tərəfindən dəstəklənən qruplara və rejimə məxsus hərbi obyektlərə vaxtaşırı hücum təşkil edir.



Әlaqәli Xәbәrlәr