Rusiya qüvvələrinin həyata keçirdiyi hücumlarda 11 mülki vətəndaş həyatını itirib

Rusiyaya qarşı müharibənin davam etdiyi Ukraynanın müxtəlif bölgələrində son sutkada Rusiya qüvvələrinin həyata keçirdiyi hücumlarda 11 mülki vətəndaş həyatını itirib, 13 nəfər isə yaralanıb.

1896097

Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Kirilo Timoşenko oktyabrın 20-də Rusiya qüvvələrinin Ukraynanın müxtəlif yaşayış məntəqələrinə həyata keçirdiyi hücumlarla bağlı "Telegram" hesabında paylaşım edib.

Hücumların əsasən Xarkov, Nikolayev və Donetsk vilayətlərinə edildiyini açıqlayan Timoşenko Rusiya qüvvələrinin hücumları nəticəsində bu 3 bölgədə 11 mülki vətəndaşın həyatını itirdiyini, 13 nəfərin isə yaralandığını bildirib.

Ukrayna Baş Prokurorluğu tərəfindən edilən yazılı açıqlamada Ukraynada müharibənin başladığı 24 fevraldan bəri müharibə nəticəsində həyatını itirən uşaqlarla bağlı məlumat paylaşılıb.

Açıqlamada bildirilir ki, Ukraynada davam edən münaqişələr nəticəsində 429 uşaq ölüb, 1246-dan çox uşaq isə yaralanıb.

Açıqlamada Ukraynada Rusiya qüvvələrinin nəzarətində olan bölgələrdə müharibə nəticəsində ölən və ya yaralanan uşaqlarla bağlı məlumat əldə etməyin mümkün olmadığı və bu məlumatın dəyişə biləcəyi bildirilib.

Әlaqәli Xәbәrlәr