İraq Türkmən Cəbhəsinin sədri Həsən Turan narahatlığını dilə gətirib

İraq Türkmən Cəbhəsinin (İTC) sədri Həsən Turan türkmənlərin yeni hökumətdə təmsil olunmayacağından narahat olduqlarını bildirib.

1894582
İraq Türkmən Cəbhəsinin sədri Həsən Turan narahatlığını dilə gətirib

İraq Türkmən Cəbhəsinin (İTC) sədri Həsən Turan türkmənlərin yeni hökumətdə təmsil olunmayacağından narahat olduqlarını bildirib.
Paytaxt Bağdadda bir qrup jurnalistlə görüşən Həsən Turan ölkədə hökuməti formalaşdırma prosesini və türkmənlərin vəziyyətini dəyərləndirib.

"Biz türkmənlərin yeni kabinetə daxil edilməyəcəyindən narahatıq. Vəziyyət hələlik bizi narahat edir". 
H.Turan bildirib ki, yeni hökumətdə türkmənlərin ən azı bir icraedici nazir olması üçün səy göstərirlər.

Türkmənlərin İraqın üçüncü əsas ünsürü olduğuna diqqət çəkən Turan vitse-prezident vəzifəsinin də türkmənlərə verilməsinin vacibliyinə olduğuna diqqət çəkib.

İraq Türkmən Cəbhəsinin lideri Kərkükdəki vəziyyətə də toxunaraq, türkmənlərin iştirakı olmadan şəhərin idarə olunması ilə bağlı istənilən işin uğurlu olmayacağını vurğulayıb.

Qeyd edək ki, bu həftə İraq parlamenti Məhəmməd Şia əl-Sudaninin rəhbərliyi ilə qurulacaq yeni hökuməti səsə qoyacaq.



Әlaqәli Xәbәrlәr