MDB üzvü ölkələrin dövlət başçılarının toplantısı keçirilir

Qazaxıstanın paytaxtı Astanada keçirilən Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin dövlət başçıları iclasına ev sahibi ölkənin Prezidenti Kasım Comert Tokayev sədrlik edir.

1892910
MDB üzvü ölkələrin dövlət başçılarının toplantısı keçirilir

Kollektiv fotosessiyadan sonra başlayan görüşdə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım Comert Tokayev, Qırğızıstan Prezidenti Sadir Japarov, Tacikistan Prezidenti Emomali Rahmon, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov, Özbəkistan prezidenti Şövkət Mirziyoyev, Ermənistanın baş naziri Nikol Paşinyan və MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev iştirak ediblər.

Sammitdə MDB-nin 2023-2025-ci illər üçün terror və ekstremizmə qarşı mübarizə proqramı, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında MDB-yə müşahidəçi statusunun verilməsi və üzv ölkələr arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında saziş imzalanması məsələsi müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr