Rusiya Monteneqroda konsulluq xidmətlərini dayandırıb

Rusiyanın Podqoritsadakı səfirliyi 6 diplomatın persona non-qrata elan edilməsindən sonra Monteneqrodakı konsulluq xidmətlərini dayandırdığını açıqlayıb.

1886778
Rusiya Monteneqroda konsulluq xidmətlərini dayandırıb

Səfirlikdən verilən açıqlamada konsulluq xidmətlərinin qeyri-müəyyən müddətə dayandırıldığı bildirilib.

“30 sentyabr 2022-ci il tarixindən etibarən konsulluq xidmətlərimizi dayandırırıq. Konsulluq əməliyyatlarınız üçün qonşu ölkələrin səfirliklərinə müraciət edə bilərsiniz”, – açıqlamada qeyd olunub.

Xatırladaq ki, bir neçə saat əvvəl Monteneqronun Xarici İşlər Nazirliyi iki ölkə arasında diplomatik münasibətləri pozduqları üçün 6 rusiyalı diplomatı persona non-qrata elan etdiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr