Sergey Şoyqu: “Ukraynadakı xüsusi hərbi əməliyyatda 5 937 hərbçimiz ölüb”

Sergey Şoyqu vurğulayıb ki, ölkəsi təkcə Ukrayna ilə deyil, kollektiv Qərblə də müharibə aparır.

1882758
Sergey Şoyqu: “Ukraynadakı xüsusi hərbi əməliyyatda 5 937 hərbçimiz ölüb”

“Ukraynadakı xüsusi hərbi əməliyyatda 5 937 hərbçimiz ölüb”.

Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, Rusiyanın itkiləri Ukraynadan 10 dəfə azdır:

"Xüsusi əməliyyat zamanı yaralananların 90 %-dən çoxu xidmət yerinə qayıdıb".

Sergey Şoyqu vurğulayıb ki, ölkəsi təkcə Ukrayna ilə deyil, kollektiv Qərblə də müharibə aparır.

Prezident Vladimir Putinin qismən hərbi səfərbərlik elanı barədə danışan Şoyqu bildirib ki, qismən səfərbərliyə məruz qalanlar yalnız “hərbi xidmət keçmiş, xüsusi hərbi təhsil almış və ya hərbi təcrübə keçmiş şəxslər” olacaq.

Səfərbərliyə çağırıla bilənlərin yalnız 1%-nin cəbhəyə göndəriləcəyini qeyd edən Şoyqu bu şəxslərin ilk olaraq hazırlıq üçün hərbi təlim keçəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr