Yunanıstan BƏƏ ilə enerji sahəsində əməkdaşlıq yolları axtarır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan və Yunanıstanın Baş naziri Kiryakos Miçotakis enerji sahəsində əməkdaşlıq potensialını müzakirə ediblər.

1872488

Yunanıstan Baş Nazirliyindən verilən məlumata görə, iki lider paytaxt Afinadakı Maksimu sarayında bir araya gələrək ikitərəfli və heyətlərarası görüşlər keçirib.

Görüş zamanı Miçotakis Al Nahyanı Yunanıstanda mayeləşdirilmiş təbii qazın (LNG) idxalı, saxlanması və yenidən qazlaşdırılması üçün inşa edilən infrastruktur haqqında məlumatlandıraraq, bu imkanların ölkəsini Avropa ilə Orta Şərq arasında mühüm enerji körpüsünə çevirə biləcəyinə işarə edib.

BƏƏ-nin hər ilin sentyabr ayında keçirilən ənənəvi Selanik Beynəlxalq Sərgisinin fəxri qonağı olduğunu xatırladan Miçtsotakis BƏƏ-nin ölkəsi üçün mühüm strateji tərəfdaş və körfəz regionunda qlobal güc olduğunu vurğulayıb.

Әlaqәli Xәbәrlәr