Volodimir Zelenski: "Bizim hər günümüz belədir"

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qüvvələrinin Ukraynada qatar stansiyasına hücumu nəticəsində 15 nəfərin öldüyünü, 50 nəfərin yaralandığını bildirib.

1872152

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına videokonfrans vasitəsilə müraciət edən V.Zelenski deyib ki, Rusiya qüvvələri tərəfindən atılan raketlər ölkənin şərqindəki Çaplino qəsəbəsindəki stansiyada qatara düşüb.

Vaqonlardan 4-nün alovlandığını bildirən Zelenski deyib:

"15 nəfər həyatını itirdi, 50 nəfər yaralanıb. Biz hər gün belə yaşayırıq. Rusiya BMT Təhlükəsizlik Şurasının bu iclasına belə hazırlaşırdı" ifadələrdən istifadə edib.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçib.

Әlaqәli Xәbәrlәr