ABŞ, Suriyanın şərqinə hava zərbələri endirib

ABŞ Suriyanın şərqində İranın dəstəklədiyi qruplara qarşı hava hücumu həyata keçirib.

1871741
ABŞ, Suriyanın şərqinə hava zərbələri endirib

TRT  xəbər  verir  ki,  ABŞ Mərkəzi Komandanlığı hücum  ilə bağlı   açıqlama  verib  “ABŞ hərbi qüvvələri bu gün prezident Co Baydenin göstərişi ilə Suriyanın Deyr əz-Zor bölgəsinə hava zərbələri endirib”.

Açıqlamada qeyd edilib ki, hava hücumlarında İran İnqilabı Keşikçiləri Korpusuna  mənsub  qrupların istifadə etdiyi infrastruktur obyektlər də hədəfə götürülüb. Lakin  insan tələfatı  olmayıb. 



Әlaqәli Xәbәrlәr