Rusiya MN Ukraynadakı əməliyyatları ilə bağlı bəyanat yayıb

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib ki, Ukraynanın Xerson vilayətində havada 8 ədəd HIMARS reaktiv yaylım atəşi sistemi vurulub.

1870826

Konaşenkov Rusiya-Ukrayna müharibəsində Rusiya hərbi qüvvələrinin fəaliyyəti ilə bağlı açıqlamalar verib.

Ukraynanın Zaporojye vilayətində 30-a yaxın ukraynalı əsgərin həlak olduğunu, 14 hərbi texnikanın məhv edildiyini ifadə edən Konaşenkov Mikolayiv bölgəsində 28-ci Mexanikləşdirilmiş Briqadanın mövqelərinə hücum nəticəsində 50-dən çox əsgərin və şəxsi hərbi maşının məhv edildiyini irəli sürüb.

Donetsk vilayətində 100-ə yaxın Ukrayna əsgəri, 2 tank və 15 avtomobilin vurulduğunu iddia edən Konaşenkov son 24 saat ərzində Ukrayna ordusuna aid 8 qərargah və 6 silah-sursat anbarının məhv edildiyini bildirib.

Bundan əlavə, Konaşenkov 5 pilotsuz uçuş aparatının vurulduğunu bəyan edib:

“Xerson vilayətinin Kahovka qəsəbəsi yaxınlığında havada ümumilikdə 13 çoxlüləli reaktiv yaylım atəşi sistemi, o cümlədən 8 HIMARS raketi vurulub”.

Әlaqәli Xәbәrlәr