Rusiya MN Ukraynadakı əməliyyatları ilə bağlı bəyanat yayıb

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukraynanın Xerson vilayətində 12 ədəd çoxlüləli HIMARS reaktiv yaylım atəş sistemləri ələ keçirildiyini bildirib.

1870180
Rusiya MN Ukraynadakı əməliyyatları ilə bağlı bəyanat yayıb

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukraynanın Xerson vilayətində 12 ədəd çoxlüləli HIMARS reaktiv yaylım atəş sistemləri ələ keçirildiyini bildirib.

Konaşenkov Rusiya-Ukrayna müharibəsində Rusiya hərbi qüvvələrinin fəaliyyəti ilə bağlı açıqlamalar verib.

Rusiya ordusunun Ukraynadakı hərbi ünsürlərə hücumlarını davam etdirdiyini bildirən Konaşenkov Donetsk bölgəsində 50-dən çox əsgər və 12 hərbi texnikanın məhv edildiyini bildirib.

Konaşenkov Zaporojye vilayətində 65-ci Mexanikləşdirilmiş Briqadanın silah-sursat anbarının vurulduğunu və bununla da 15-dən çox zirehli texnika və avtomobilin məhv edildiyini, Xarkov vilayətində isə 100-dən çox Ukrayna əsgərinin zərərsizləşdirildiyini bildirib.

Son 24 saat ərzində Ukrayna ordusuna aid 6 inzibati mərkəz, 4 sursat anbarı və 13 pilotsuz uçuş aparatının vurulduğu barədə məlumatı paylaşan Konaşenkov deyib:

"Toçka-U" ballistik raketi, 12 ədəd çoxlüləli HIMARS reaktiv yaylım atəşi sistemi, Xarkov vilayətində 2 reaktiv yaylım atəşi raketi, Xerson vilayətində isə qondarma Luqansk Xalq Respublikasında Amerika istehsalı olan 2 anti-radar raketi ələ keçirilib".

Rusiya sözçüsü “İndiyədək Ukraynada 267 təyyarə, 148 helikopter, 1770 pilotsuz uçuş aparatı, 366 hava hücumundan müdafiə raket sistemi, 4347 tank və zirehli texnika, 807 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 3315 haubitsa və minaatan, 4958 xüsusi təyinatlı Ukrayna hərbi texnikası məhv edilib" deyib.



Әlaqәli Xәbәrlәr