BMT-dən Suriyadakı Hol düşərgəsi  ilə bağlı xəbərdarlıq

Birləşmiş Millətlər Təşkilatı (BMT): “Suriyanın şimalında DEAŞ terrorçuların və ailələrinin yerlişdikləri  separatçı terror təşkilatı YPG/PKK-nın nəzarətindəki Hol düşərgəsində şiddət  artıb.

1870000
BMT-dən Suriyadakı Hol düşərgəsi  ilə bağlı xəbərdarlıq

BMT-nin Suriya   üzrə  koordinatoru İmran Rıza bölgədə 4 günlük tədqiqatdan  sonra  mövzu ilə bağlı yazılı açıqlama verib.

DEAŞ-lı   terrorçu və   ailələrinin  qaldıqları    düşərgədə zorakılıqların artdığını ifadə  edən   Rıza 2022-ci   ilin  ilk  ayından  bu  günə  dək  20-si   qadın  olmaqla    26 nəfərin öldürüldüyünü bildirib.

Rıza həmçinin  qeyd  edib  ki,  Suriyanın içməli sudan tutmuş  kənd təsərrüfatı,  qida, eləcə də elektrik enerjisi istehsalına qədər ciddi su böhranı ilə üzləşib. Bu  da xalqın sağlamlığına və yaşayış vasitələrinə mənfi təsir edir.

YPG/PKK 2017-ci ilin aprel ayında qurduqları Hol düşərgədə terror təşkilatı DEAŞ üzvləri və ailələri ilə qarşıdurmalardan qaçan mülki şəxsləri saxlayır.

Terror  təşkilatının  nəzarətindəki  düşərgədə saxlanılan mülki şəxslər qeyri-insani  şəraitdə  yaşayırlar.

BMT və qeyri-hökumət təşkilatları Hol düşərgəsində humanitar vəziyyətin pisləşdiyi barədə tez-tez xəbərdarlıq edir.  

BMT-nin məlumatına görə, 10 min nəfər tutumlu Hol düşərgəsində   70-80    min   nəfər  qalır ki, bunların  əksəriyyəti qadın və uşaqlardır.  Düşərgədə 50-yə yaxın ölkədən bir neçə min əcnəbi terrorçu ilə yanaşı çoxlu suriyalı və iraqlı terrorçunun  da  olduğu  bildirilir.  



Әlaqәli Xәbәrlәr