Zelenski: "Müharibə Krımın azad edilməsi ilə bitməlidir"

Ukrayna Prezidenti Vlodomir Zelenski Rusiya-Ukrayna müharibəsinin Krım ilə başladığını və Krımın azad edilməsi ilə başa çatmasının vacibliyini bəyan edib.

1865922

Rusiyanın ilhaq etdiyi Krımdakı Rusiyaya məxsus Novofedorivka hərbi aviabazasında baş verən partlayışlardan sonra Ukrayna Prezidenti Zelenski yeni açıqlama verib.

Zelenski ölkəsindəki müharibənin Krım ilə başladığını deyib:

"Krım Ukraynanındır. Biz Krımdan heç vaxt əl çəkməyəcəyik. Rusiya-Ukrayna müharibəsi Krımdan başlayıb və Krımın azad edilməsi ilə bitməlidir".

Donbass bölgəsində Rusiya ilə Ukrayna arasında qarşıdurmalar artmaqda davam edərkən, Rusiyanın ilhaq etdiyi Krımda Rusiyanın Novofedorivka hərbi aviabazasında ard-arda 7 dəfə partlayış səsləri eşidilib, partlayışda 1 nəfərin öldüyü açıqlanıb.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hücuma keçib.

Әlaqәli Xәbәrlәr