Rusiya MN Ukraynadakı əməliyyatları ilə bağlı bəyanat yayıb

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib ki, müharibə başlayandan bəri Ukrayna ordusuna məxsus 3267 haubitsa və minaatan məhv edilib.

1864346
Rusiya MN Ukraynadakı əməliyyatları ilə bağlı bəyanat yayıb

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib ki, müharibə başlayandan bəri Ukrayna ordusuna məxsus 3267 haubitsa və minaatan məhv edilib.

Konaşenkov Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun fəaliyyəti ilə bağlı açıqlamalar verib.

Rusiya qüvvələrinin Ukraynadakı hərbi ünsürlərə qarşı hücumlarının davam etdiyinə diqqət çəkən Konaşenkov Ukraynanın Zaporojye bölgəsində Ukrayna Silahlı Qüvvələrinin 44-cü Artilleriya Briqadasının müvəqqəti mövqelərinə və sursat anbarına yüksək dəqiqlikli raketlərlə hücum edildiyini bildirib.

Konaşenkov “Bu hücumda 150-yə qədər əsgərdən əlavə, 2 “M777” ABŞ haubitsa sistemi və bu sistemlər üçün 1500-ə qədər döyüş sursatı, 6 “Msta-B” haubitsa sistemi, 8 müxtəlif modifikasiyalı artilleriya, təxminən 350 “Qrad” çoxlüləli reaktiv yaylım atəşi sistemləri raketi və 7 pilotsuz uçuş aparatı məhv edilib" deyib.

Son 24 saatda Ukrayna ordusuna aid 4 idarəetmə mərkəzi və 2 sursat anbarının məhv edildiyi, 4 pilotsuz uçuş aparatının vurulduğu barədə məlumatı paylaşan Konaşenkov belə davam edib:

“Bu günə qədər Ukraynaya məxsus 261 təyyarə, 145 helikopter, 1685 pilotsuz uçuş aparatı, 361 hava hücumundan müdafiə raket sistemi, 4254 tank və zirehli texnika, 789 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 3267 haubitsa və minaatan, 4716 xüsusi hərbi maşın məhv edildi”.



Әlaqәli Xәbәrlәr