Sədr Hərəkatı İraqda hakimiyyətin dəyişdirilməsini tələb edir
Müqtəda es-Sədr təhlükəsizlik qüvvələrini, Haşd əş-Şaabi və qəbilələri Yaşıl Zonada tərəfdarlarının təşkil etdiyi oturaq aksiyaya qatılmalarını istəyib
İraqda Sədr Hərəkatının başçısı Müqtəda əs-Sədr hakimiyyətin və konstitusiyanın dəyişdirilməsini tələb edib.
Müqtəda əs-Sədr təhlükəsizlik qüvvələrini, Haşd əş-Şaabi və qəbilələri Yaşıl Zonada tərəfdarlarının təşkil etdiyi oturaq aksiyaya qatılmalarını istəyib.
Konstitusiyaya düzəlişlər edilməsini və parlament quruluşundan imtinanı tələb edən şiə başçısı istədiyi hakimiyyət modelini açıqlamayıb.
Sədrin bəyanatından sonra onun yüzlərlə tərəfdarı Yaşıl Zonaya axışmağa başlayıb.
Xatırladaq ki, Müqtəda əs-Sədr tərəfdarları iyulun 31-də İrana yaxın şiə siyasi çətir təşkilatı - Koordinasiya Çərçivəsinin baş nazirliyə namizədi elan edilən Məhəmməd Şiə əs-Sudaniyə qarşı etiraz olaraq bir həftədə iki dəfə Yaşıl Zonada yerləşən parlament binasına basqın ediblər, müddətsiz oturaq aksiyaya başlayıblar.
Әlaqәli Xәbәrlәr
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir