Səudiyyə Ərəbistanı "Youtube"dan bəzi reklamları silməsini tələb edib

Səudiyyə Ərəbistanı onlayn video paylaşma və sosial media platforması "Youtube"dan İslami və sosial dəyərlərə zidd reklamların silinməsini tələb edib

1858799
Səudiyyə Ərəbistanı "Youtube"dan bəzi reklamları silməsini tələb edib

 

   Səudiyyə Ərəbistanı onlayn video paylaşma və sosial media platforması "Youtube"dan İslami və sosial dəyərlərə zidd reklamların silinməsini tələb edib.

  Səudiyyə Ərəbistanının Audio-Vizual Media Baş İdarəsi ilə Rabitə və İnformasiya Texnologiyaları Komissiyası bu barədə birgə bəyanat yayıb. Bildirib ki, "Youtube"un Səudiyyə Ərəbistanıdakı Səudiyyə istifadəçilər üçün media məzmunu qaydalarına, İslam və ictimai dəyərlərə zidd reklamlar nümayiş etdirdiyi müəyyən edilib.

  Açıqlamada həmçinin qeyd edilib ki, Audio-Vizual Media Baş İdarəsi ilə Rabitə və İnformasiya Texnologiyaları Komissiyası Youtube-dan sözügedən reklamların silinməsini tələb dir. Əks təqdirdə lazımi hüquqi tədbirlər görüləcək.



Әlaqәli Xәbәrlәr