İranda koronavirus epidemiyasının 7-ci dalğası başlayıb

TRT xəbər verir ki, bu banədə İranın səhiyyə naziri Bəhram Eynullahi məlumat yayıb.

1856000
İranda koronavirus epidemiyasının 7-ci dalğası başlayıb

Ölkədə yeni növ koronavirus (Covid-19) epidemiyasında 7-ci dalğanın başladığını açıqlayan Bəhram Eynullahi xalqı peyvənd olmağa, izdihamlı və qapalı yerlərdə maska istifadə etməyə çağırıb.

İran Səhiyyə Nazirliyinin verdiyi açıqlamada bildirilib ki, sutka ərzində virusdan 13 nəfər həyatını itirib, 5751 yeni yoluxma faktı aşkarlanıb.

Nazirliyin məlumatına görə yeni yoluxma hallarından 516-nın vəziyyəti ağırdır. Onlardan 656-sı xəstəxanalarda yerləşdirilib.

Yada salaq ki, İranda “Covid-19” epidemiyasının başladığı 2020-ci ildən indiyədək 141 min 499 nəfər ölüb, 7 milyon 278 min 478 nəfər isə virusa yoluxub.

 

 



Әlaqәli Xәbәrlәr