Kiryakos Miçotakis Türkiyə-Yunanıstan münasibətlərini qiymətləndirib

Yunanıstanın Baş naziri Kiryakos Miçotakis "SKAI FM" radiosuna Yunanıstanın daxili siyasəti və Türkiyə-Yunanıstan münasibətlərini qiymətləndirib.

1853497
Kiryakos Miçotakis Türkiyə-Yunanıstan münasibətlərini qiymətləndirib

“Kim Yunanıstanın ABŞ-ın Türkiyəyə silah satmasına həmişəlik mane ola biləcəyini düşünürsə, əsl güc balansını tam başa düşmür”.
Bunu Yunanıstanın Baş naziri Kiryakos Miçotakis "SKAI FM" radiosuna Yunanıstanın daxili siyasəti və Türkiyə-Yunanıstan münasibətlərini qiymətlənirərkən deyib.

Hakimiyyətə gəldikdən sonra ikitərəfli münasibətlərdə baş verənləri şərh edən Miçotakis Türkiyənin qarşısında iki yol olduğunu müdafiə edib.

Miçotakis "Əgər (Türkiyə) Avropaya yaxınlaşmaq istəyirsə, təkcə gərginliyi azaltması kifayət etməz, həm də Avropa ölkələrinin suverenliyinə və suveren hüquqlarına şübhə etməyi də dayandırmalıdır. Əgər başqa yolu seçərsə, Avropa perspektivindən daha da uzaqlaşmış olacaq və təbii ki, bu, Avropa İttifaqı (Aİ) ilə münasibətlərinə nəticələri olacaq" deyib.

Bu yay Türkiyə-Yunanıstan münasibətlərində 2020-ci ilin yay dövrünə bənzər bir gərginlik gözləmədiyini deyən Miçotakis mart ayında Prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşün də müsbət atmosferdə keçdiyini xatırladıb.

"Türkiyə Yunanıstanın suverenliyinə şübhə etməyə davam etdiyi müddətcə Türkiyə-Yunanıstan münasibətlərində hər hansı bir yaxşılaşma mümkün deyil", - Miçotakis deyib. 

Yunanıstanın Baş naziri ABŞ səfərinə də toxunaraq, ABŞ prezidenti Co Baydenin Türkiyənin ABŞ-dan F-16 almasına müsbət yanaşması ilə bağlı aşağıdakı ifadələrdən istifadə edib:

"Yunanıstanın ABŞ-ın Türkiyəyə silah satışının qarşısını həmişəlik ala biləcəyini düşünən hər kəs, məncə, real güc balansını tam başa düşmür. Məncə, biz nəyə nail olduq? Xüsusilə ABŞ Konqresinə, hazırda NATO-nun cənub-şərq cinahında qeyri-sabitlik mənbəyi olan NATO üzvü bir ölkəyə silah satışınının ABŞ-ın öz maraqlarına uyğun olmadığını izah etməyi bacardıq."



Әlaqәli Xәbәrlәr