Zelenski Rusiyanı BMT-dəki hüquqlarından məhrum etməyə çağırıb

Ukrayna prezidenti Volodimir Zelenski “terrorçu dövlət” olmaqda ittiham etdiyi Rusiyanı Birləşmiş Millətlər Təşkilatındakı (BMT) hüquqlarından məhrum etməyə çağırıb.

1849432

Rusiyanın hücumlarını intensivləşdirməsi və Kremençukdakı ticarət mərkəzinin vurulmasından sonra Ukrayna BMT Təhlükəsizlik Şurasını (BMT TŞ) iclasa çağırıb.

Müharibə başlayandan bəri ikinci dəfə BMT Təhlükəsizlik Şurasına müraciət edən Zelenski deyib ki, Moskva Ukraynanı şənbə günü 62, bazar günü isə 26 raketlə vurub.

Zelenski 18 nəfərin həyatını itirdiyi ticarət mərkəzinə hücumla bağlı BMT-ni müstəqil araşdırmaya çağırıb.

Rusiyanı “terrorçu dövlət” olmaqda ittiham edən Zelenski beynəlxalq ictimaiyyəti Rusiyanı terror fəaliyyətlərinə son qoyana qədər BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasındakı hüquqlarından məhrum etməyə çağırıb.

Zelenski deyib ki, Rusiya BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak etməməlidir.

BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Rozmari DiKarlo isə Ukraynada müharibə başlayandan bəri 4731 nəfərin həyatını itirdiyini bildirib.

Әlaqәli Xәbәrlәr