İran ABŞ-ı təzminat ödəməyə məhkum edib

İran bəzi nüvə mütəxəssislərinin öldürülməsi ilə bağlıqaldırılan məhkəmə işində Amerika Birləşmiş Ştatlarına (ABŞ) 4 milyard 300 milyon dollar təzminat cəzası verib.

1847363
İran ABŞ-ı təzminat ödəməyə məhkum edib

İran bəzi nüvə mütəxəssislərinin öldürülməsi ilə bağlıqaldırılan məhkəmə işində Amerika Birləşmiş Ştatlarına (ABŞ) 4 milyard 300 milyon dollar təzminat cəzası verib.

İranda tələbələr xəbər agentliyinin "İSNA"-nın verdiyi məlumata görə, İran Ədliyyəsinin İnsan Haqları Şöbəsindən verilən yazılı açıqlamada öldürülən nüvə ekspertlərinin ailələrinin ABŞ-a qarşı qaldırdığı iddia ilə bağlı məlumat verilib.

Məlumatda “Tehranın 55-ci Mülki Məhkəməsi beynəlxalq öhdəlikləri pozaraq, nüvə ekspertlərinə sui-qəsd cinayəti törədən İsrailə dəstək verən ABŞ hökuməti, qurumları və rəsmilərinə 4 milyard 300 milyon dollar maddi və mənəvi təzminat cəzası verib. Öldürülən nüvə ekspertlərinin bəzilərinin ailələrinin şikayəti əsasında məhkəmə işi qaldırılıb” açıqlaması yer alıb. 

Adı çəkilən məhkəmə prosesinin ABŞ hökumətinə qarşı hüquqi qisas çərçivəsində həyata keçirildiyinə diqqət çəkilən məlumatda ABŞ məhkəmələrinin müxtəlif bəhanələrlə İrana qarşı qərarlar çıxardığı və Tehran hökumətini, bəzi dövlət qurum və təşkilatlarını qiyabi təzminat ödəməyə məhkum edildiyi xatırladılıb. 

Məlumatda qeyd olunub ki, İran dövlətinin toxunulmazlığını pozduğuna görə ölkə məhkəmələri də ABŞ dövləti və rəsmilərinə qarşı müxtəlif mülki iddialar qaldırıb.



Әlaqәli Xәbәrlәr