Pakistanda daşqın və torpaq sürüşməsi, ölənlər var

Pakistanda leysan yağışların səbəb olduğu sel və torpaq sürüşməsi nəticəsində çox sayda adam həyatını itirib, yüzlərlə insan yaralanıb.

1845637
Pakistanda daşqın və torpaq sürüşməsi, ölənlər var

Ölkə mətbuatında əks edən xəbərlərə görə leysan yağışları Bəlucistan və Pəncab əyalətlərində təsirli olub.

Yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində Bəlucistanın Sibbi bölgəsində 5, Pəncabın Dera Qazi Xan bölgəsində 2 nəfər həyatını itirib, hər iki əyalətdə çox sayda insan yaralanıb. Bəlucistanda bir çox körpü və yollar sel nəticəsində zədələnib, kənd təsərrüfatı sahələri su altında qalıb.

Pəncabda güclü yağışlar torpaq sürüşməsinə səbəb olub, bəzi bölgələr arasında nəqliyyatın hərəkəti təhlükəsizlik baxımından dayandırılıb.

Meteorologiya İdarəsi, yağışların daha 2 gün davam edəcəyini açıqlayıb və xalqı tədbirli olmağa çağırıb.



Әlaqәli Xәbәrlәr