Ukrayna Rusiyaya məxsus gəmini vurub

Ukrayna Hərbi Dəniz Qüvvələri İlan adasında (Zmeinıy) Rusiya Qara Dəniz Donanmasına məxsus “Vasili Bex” qoşqu gəmisini məhv edib.

1845024
Ukrayna Rusiyaya məxsus gəmini vurub

Ukrayna Hərbi Dəniz Qüvvələri İlan adasında (Zmeinıy) Rusiya Qara Dəniz Donanmasına məxsus “Vasili Bex” qoşqu gəmisini məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Donanmasının "Facebook" səhifəsində məlumat yayılıb.

Bildirilib ki, gəminin göyərtəsində “TOR” zenit-raket kompleksi olub. İlkin məlumata görə, gəmi komandasının 70 faizi vurulub, qalanların aqibəti isə məlum deyil. 

Məlumata görə, bu gəmi qoşqusunun su tutumu 1 605 tondur. Rusiyanın Həştərxan şəhər gəmiqayırma zavodunda tikilib. Onu Qara Dəniz Donanmasına 2017-ci ildə daxil ediblər.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri bu ilin aprelində “Neptun” raketi İlan adası yaxınlığında Rusiyanın “Moskva” kreyserini vuraraq batırıb.



Әlaqәli Xәbәrlәr