Emmanuel Makron, Olaf Şolz vә Mario Draqi Ukraynada bir sıra görüşlәr keçiriblәr

Fransa Prezidenti Emmanuel Makron, Rumıniya Prezidenti Klaus Verner İohannis, Almaniya kansleri Olaf Şolz və İtaliyanın Baş naziri Mario Draqi Ukraynanın İrpin şəhərinə səfər ediblər.

1844534

Səhər saatlarında paytaxt Kiyevə çatan 4 lider Rusiya ilə Ukrayna arasında fevralın 24-dən bu yana davam edən müharibənin ilk günlərində hücuma məruz qalan paytaxt Kiyev bölgəsində yerləşən İrpində dağıntıları görüb.

Səfər zamanı Avropa liderlərini Ukraynanın İcma və Regional İnkişaf naziri Aleksey Çernışov müşayiət edib.

Almaniya kansleri Şolz burada verdiyi açıqlamada müharibənin Ukraynada “dəhşətli” dağıntılara səbəb olduğunu bildirərək, "Bütün bunlar Rusiyanın hər şeyi məhv etməyə yönəlmiş təcavüzkar müharibəsini göstərir. Qərarlar qəbul edərkən bunları xatırlamaq lazımdır" deyib.

Makron Fransa mətbuatına verdiyi açıqlamada İrpin şəhərinin viran olduğunu və “barbarlıq izlərini” daşıdığını bildirib.

4 lider paytaxt Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə də görüşüb.

Görüş zamanı ərzaq təhlükəsizliyi, silah və Ukraynaya dəstək kimi məsələlər müzakirə edilib.

Әlaqәli Xәbәrlәr