Suriyanın Bab qәsәbәsindә terror hücumu törәdilib, ölәn var

Suriyanın şimalında minalanmış avtomobil ilә terror hücumu törәdilib.

1843559
Suriyanın Bab qәsәbәsindә terror hücumu törәdilib, ölәn var

Suriyanın şimalında minalanmış avtomobil ilә terror hücumu törәdilib.

Mәlumata әsasәn, terror hücumu Türkiyә Silahlı Qüvvәlәri tәrәfindәn terrorçulardan tәmizlәnәn Bab qәsәbәsindә baş verib.

Terror hücumu nәticәsindә ilkin mәlumatlara әsasәn bir nәfәr hәlak olub. Partlayış nәticәsindә әtrafdakı tikililәrә ciddi ziyan dәyib.

Hadisә yerindә araşdırma aparan tәhlükәsizlik qüvvәlәri hücumun separatçı terror tәşkilatı YPG/PKK rәtәfindәn törәdilmiş ola bilәcәyini istisna etmәyib.

Qeyd edәk ki, Bab qәsәbәsi ‘‘Fәrat qalxanı’’ әmәliyyatı çәrçivәsindә 2017-ci ilin fevral ayında terror tәşkilatı DEAŞ-dan tәmizlәnmişdi.



Әlaqәli Xәbәrlәr