Zelenski: "İşğalçıları torpaqlarımızdan qovacağıq"

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsində Rusiyanın işğal etdiyi bütün torpaqların azad edilməsi üçün mübarizəni davam etdirəcəklərini bəyan edib.

1842590
Zelenski: "İşğalçıları torpaqlarımızdan qovacağıq"

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsində Rusiyanın işğal etdiyi bütün torpaqların azad edilməsi üçün mübarizəni davam etdirəcəklərini bəyan edib.
Zelenski "Telegram" hesabındakı paylaşımında 110 günlük müharibəni dəyərləndirib və qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri bu gün Donbas bölgəsində uğurlu əməliyyatlar keçirib.

Həmin 110 gündə ölkənin cənub bölgələri üzərində nəzarəti bərpa etdiklərini və Xarkov vilayətinin böyük hissəsini düşməndən azad etdiklərini bildirən Zelenski “Ümumiyyətlə, işğalçıların ölkənin cənubundakı hücumları nəticəsində 1000-dən çox yaşayış məntəqəsi azad edilib. Ukraynanın cənubundakı hücumların qarşısı alınıb" deyib.

Digər tərəfdən, Ukrayna əsgərlərinin Donbasda Rusiya qüvvələrinə böyük itkilər verdiyini bildirən Zelenski "Donbasdakı döyüşlər Avropada və Avropa üçün təşkil edilən ən amansız döyüşlərdən biri olaraq mütləq tarixə düşəcək" deyə vurğulayıb. 

Ölkələrində davam edən müharibəni dayandırmaq üçün güclü və müasir silahlara ehtiyacları olduğunu bildirən Zelenski deyib:

“Və biz hər gün tərəfdaşlarımızın diqqətini cəlb edirik ki, yalnız kifayət qədər müasir artilleriya Ukraynaya üstünlük verəcək və nəhayət, ukraynalı Donbasda Rusiyanın hücumuna son qoyacaq. Davam edən müharibədə çoxlu sayda mülki vətəndaş və uşaq həyatını itirdi. Bu müharibənin Ukrayna üçün nəticəsi çox ağır və dəhşətlidir".

Rusiya ilə müharibədə Ukraynada cəbhə xəttinin 2500 kilometri keçdiyinə diqqət çəkən Zelenski davam etməkdən və bütün torpaqlarını azad etməkdən başqa seçimlərinin olmadığını, işğalçıları öz torpaqlarından qovacaqlarını vurğulayıb.



Әlaqәli Xәbәrlәr