İraqda Sədr Hərəkatının deputatları isefa verib

İraqda Sədr Hərəkatının lideri Müqtəda əs-Sədrin rəhbərliyindəki Sədr Qrupunun 75 deputatı vəzifələrindən istefa verib.

1841939
İraqda Sədr Hərəkatının deputatları isefa verib

Sədrin rəsmi sosial media hesablarında yayımlanan qısa görüntüdə Sədr Bloku Parlament Qrupunun rəhbəri Həsən Azarinin 75 deputatın istefa ərizəsini Məclis sədri Halbusiyə təqdim etdiyi görünür.

Məlumata görə deputatlar, Şiə siyasi və dini lider Sədrin tələbi üzrə istefa veriblər.

Müqtəda əs-Sədrin hökumətin formalaşması üçün Məsud Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyası (KDP) və milli məclisdəki sünni blok Suverenlik Koalisiyası ilə üçtərəfli ittifaq yaradmışdı. Lakin fikir ayrılıqları davam edirdi.



Әlaqәli Xәbәrlәr