"Bu planlaşdırılmış siyasi qərar İranla MAQATE arasında çəkilmiş yol xəritəsini pozdu", S.Hətibzadə

Türkiyə Xarici İşlər Nazirliyi mətbuat xidmətinin katibi Səid Hətibzadə iyunun 8-də paytaxt Tehranda keçirdiyi həftəlik mətbuat konfransında MAQATE İcra Şurasının İrana qarşı qəbul etdiyi qərara münasibət bildirərək deyib...

1842536
"Bu planlaşdırılmış siyasi qərar İranla MAQATE arasında çəkilmiş yol xəritəsini pozdu", S.Hətibzadə

 

  İran nüvə obyektlərində bağlanılan Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müşahidə kameralarının taleyinin danışıqlarda təmin olunacaq əməkdaşlıqdan asılı olduğunu açıqlayıb.

  İran Xarici İşlər Nazirliyi mətbuat xidmətinin katibi Səid Hətibzadə iyunun 8-də paytaxt Tehranda keçirdiyi həftəlik mətbuat konfransında MAQATE İcra Şurasının İrana qarşı qəbul etdiyi qərara münasibət bildirərək deyib: “Sözügedən qərar tam planlaşdırılmış və siyasi qərardır və İranla MAQATE arasında çəkilmiş yol xəritəsini pozdu.

  İran və MAQATE arasında martın 5-də razılaşdırılmış birgə bəyanata əsasən, qarşılıqlı addımlar atılmışdı. Ona görə də biz bu qeyri-texniki siyasi aksiyanı cavabsız qoya bilməzdik və öz addımlarımızı atdıq. İranın cavabı qəti və mütənasib oldu.

  Ötən həftəki qərara cavab olaraq Tehran administrasiyası tərəfindən bağlanılan nüvə obyektlərində müşahidə üçün agentliyin istifadə etdiyi bəzi kameraların taleyinə gəlincə danışıqlar zamanı əməkdaşlıq görsək, o zaman ona uyğun cavab verəcəyik”.



Әlaqәli Xәbәrlәr