Rusiya 11 aeroportda uçuş məhdudiyyətlərini 18 iyunadək uzatdı

Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb

1841627
Rusiya 11 aeroportda uçuş məhdudiyyətlərini 18 iyunadək uzatdı

 

  “Rosaviasiya” ölkənin cənub və mərkəzi hissəsində yerləşən 11 aeroportda müvəqqəti uçuş məhdudiyyətlərini 2022-ci il iyunun 18-nə qədər uzadıb.

  TASS agentliyi xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb. Qurumun bildirdiyinə görə, Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarında uçuşlara qoyulan məhdudiyyətlər 2022-ci il iyunun 18-i Moskva vaxtı ilə saat 03:45-ə qədər davam edəcək. Rusiya aviaşirkətlərinə həmin istiqamətlərdə sərnişin daşınmasını təşkil etmək üçün alternativ marşrutlar kimi Volqoqrad, Soçi, Mineralnıye Vodı, Moskva və Stavropol hava limanlarından istifadə etmək tövsiyə olunur.

  “Rosaviasiya” ölkə ərazisindəki digər aeroportların adi rejimdə fəaliyyət göstərdiyini bildirib.

  Qeyd edək ki, Rusiya Ukraynaya qarşı apardığı müharibə çərçivəsində fevralın 24-dən etibarən ölkənin cənubunda və mərkəzindəki hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.



Әlaqәli Xәbәrlәr