Yunanıstanda meymunçiçəyi virusu aşkararlanıb

TRT, “AMNA” Agentliyinə istinadla xəbər verir ki, Yunanıstanda Andreas Sinqros xəstəxanasında bir nəfərdə meymunçiçəyi virusu aşkarlanıb.

1840355
Yunanıstanda meymunçiçəyi virusu aşkararlanıb

Məlumata görə bir müddət əvvəl Portuqaliyaya səfər etmiş olan şəxsin vəziyyəti yaxşıdır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Dr. Tedros Adhanom Qebreyesus dünən təşkilatın Cenevrədəki mənzil-qərargahında keçirilən həftəlik iclasda bildirib ki, virus endemik deyil. ÜST-na 29 ölkədən mindən çox hadisə bildirilib. Lakin virusa görə hələ də insan itkisi olmayıb.



Әlaqәli Xәbәrlәr